Jurnalistlər Belçikaya nə üçün gedirlər?
Qulu Məhərrəmli: !Azərbaycan jurnalistləri bu gün Qərbdə tətbiq olunan yeni texnologiyalardan xəbər tutacaq"
İyunun 6-7-də Brüsseldə "Rusiya və "Şərq Tərəfdaşlığı" ölkələrində yeni kütləvi informasiya vasitələri ilə bağlı vəziyyət" adlı seminar keçiriləcək. Seminarda ölkəmizin bir sıra media nümayəndələri iştirak edəcək.
Media eksperti Qulu Məhərəmli səfərin əhəmiyyəti barəsində danışıb. "Bu, bir fikir mübadiləsi olacaq. Ora MDB ölkələrindən jurnalistlər dəvət olunub. Təşkilat Avropa Jurnalistlər Birliyidir. Əsasən, müasir cəmiyyətdə xəbərin yeri, cəmiyyətin məlumatlandırılması işinin təşkilində yeni metodlar, yeni texnologiyalar, mətbuat azadlığı sistemində bu işlərin reallaşdırılması və s. məsələlər haqqında danışılacaq. Bununla yanaşı, hazırda demokratik cəmiyyət üçün xəbərin önəmi nədir? Media bunu auditoriyaya, cəmiyyətə necə çatdırır, necə çatdırılmalıdır? Bu kimi fikirlər səslənəcək".
Qulu Məhərrəmlinin sözlərinə görə, görüşün üstünlüyü ondan ibarət olacaq ki, Azərbaycan jurnalistləri bu gün Qərbdə tətbiq olunan yeni texnologiyalardan xəbər tutacaq.
"Jurnalistlər yeni texnologiyalardan xəbər tutmaqla yanaşı, həmin metodları öz işlərində də tətbiq etmək şansı qazanacaqlar. Azərbaycan cəmiyyətində medianın rolu getdikcə artır. Sanki sükunət pozulur, insanların qəzetlərə, xəbər saytlarına marağı artır. Və bu şəraitdə sosial şəbəkələrdə tətbiq olunan yeni texnologiyaların öyrənilməsi çox vacibdir. O baxımdan hesab edirəm ki, səfərimiz çox əhəmiyyətli olacaq".
Jurnalist qeyd edib ki, seminarda onunla yanaşı, daha 5 kütləvi informasiya vasitəsinin nümayəndəsi - "APA Group"un baş direktoru Vüsalə Mahirqızı, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "Yeni Nəsil" Jurnalistlər Birliyindən Nailə Əliyeva, "Azadlıq" radiosunun əməkdaşı Ülkər Akifqızı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirak edəcəklər.
Digər Xəbərlər
2025-03-03 23:21:10

2025-03-03 20:58:24

2025-03-03 20:01:07

2025-03-03 18:57:43

2025-03-03 16:10:23

2025-03-03 12:44:53

2025-03-03 12:18:17

2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40
