Əkbər Hacıyev vətəndaşları narazılığa sövq edir
11:01 15-12-2015
CƏMİYYƏT
Əhalinin "Azəriqaz"la bağlı giley-güzarı bitmir
Azərbaycanda vətəndaşların "Azəriqaz" İstehsalat Birliyindən narazılığı bitib-tükənmir. Xüsusilə havaların soyumasından sonra Əkbər Hacıyevin rəhbəri olduğu qurumdan giley-güzarlar daha da intensivləşib.
Elə dünən səhər saatlarında Saatlı rayonunun Yeni Novruzlu kəndinin sakinləri Saatlı-Sabirabad avtomobil yolunu bağlayıblar. Yeni Novruzlu sakinlərinin verdiyi məlumata görə, kəndə 6-7 ay əvvəl yeni qaz xətləri çəkilsə də, hətta xətlərin rəsmi açılışı olsa da evlərə hələ də qaz verilməyib, ümumən xətlərə qaz buraxılmayıb.
Buna etiraz edən 100-ə yaxın Yeni Novruzlu sakini bu gün səhər saatlarında kəndin ərazisindən keçən yolu 1 saata yaxın müddətdə bağlayıb. Hadisə yerinə gedən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə aparılmış danışıqlardan sonra sakinlər yoldan çəkiliblər.
Bundan az sonra kəndə qaz verilməsinə başlanılıb. Qeyd edək ki, kənddə 250 abonent var.
Maraqlıdır, görəsən "Azəriqaz"ın vətəndaşlara qaz verilişini təmin etməsi üçün mütləq onlar etiraz səslərini qaldırmalı, hər hansı aksiya keçirməlidirlər? Olmazmı, qurum problemləri səs-küysüz həll etsin?
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18