"Rusiya prezidentinin mətbuat xidmətinin sözçüsü Zaxarova öz kimliyini, rəsmi tutduğu statusu yadından çıxarıb. Onun narahatlığı bunu deməyə əsas verir ki, Novruz Məmmədov düzünü deyib.
Bunu deputat Qüdrət Həsənquliyev Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdüri Novruz Məmmədovun fikirlərini təkzib etməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, bu danışıqlar ermənipərəst qüvvələri ciddi şəkildə narahat edib: "Bu, o deməkdir ki, Novruz Məmmədov düz deyib. Mariya Zaxarova ermənipərəst adamdır. XİN də ona başa düşdüyü formada layiq olduğu cavabı verməlidir. (AzVision.az)