Siqaret mafiyasından deputatlara təzyiq
12:19 08-06-2012
İQTİSADİYYAT
Siqaret mafiyasından deputatlara təzyiq
Bir qanun layihəsinin qəbul edilməsinin gecikməsi ilə bağlı ilginc iddia!
"Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında qanun layihəsi" bir neçə dəfə komitə tərəfindən əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə olunsa da onun parlamentin gündəminə çıxarılması yubanır. Xatırladaq ki, bu qanun layihəsi ölkədə siqaret çəkilməsinə bir çox yasaqların gətirilməsini nəzərdə tuturlar.
Layihə müəllifləri və onun dəstəkçiləri hesab edirlər ki, adıçəkilən qanun layihəsinin qəbul edilməsi ilə ölkədə tütündən istifadə edənlərin sayının böyük sürətlə artmasını əngəlləmək mümkün olacaq. Bu isə siqaret biznesi ilə məşğul olan çevrələri əlbəttə, narahat etməyə bilməz.
Yayılan iddialara görə, uzun müddətdir ki, qəbulu gündəmdə olan "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında qanun layihəsi"nin gecikməsinə səbəb də məhz siqaret mafiyasıdır. Xüsusilə tütün ticarəti ilə gizli və bir çox hallarda qeyri-qanuni məşğul olan çevrələr Milli Məclisin deputatları üzərində basqı formalaşdıraraq onun tezliklə və indiki formada qəbulunun qarşısını almağa çalışırlar.
Əlbəttə, söhbət birbaşa təzyiqdən getməyə bilər, mümkündür ki, dolayı yollarla da olsa "siqaret mafiyası" tütün məhsullarından istifadəəyə ciddi məhdudiyyətlər gətirəcək, siqaretdən istifadə edənlərin sayının kəskin azalmasına yol açacaq və beləliklə də Azərbaycan vətəndaşlarının sağlamlığının təmin olunmasında müstəsna rol oynayacaq bir qanun layihəsinin parlamentin geniş müzakirəsinə çıxarılmasına, sonucda isə qəbul edilərək icra edilməyə başlamasına maneçilik törədə bilərlər.
Bu günlərdə sözügedən qanun layihəsinin hazırlanması ilə məşğul olan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, qanunun bu ilin payız sessiyasında, ya da növbəti ilin yaz sessiyasında qəbul olunması gözlənilir. O bildirib ki, belə bir qanunun qəbulu ilə bağlı Azərbaycanda siyasi iradə var. Bu isə o deməkdir ki, sözügedən qanunun qəbuluna ölkənin ən ali rəhbərliyi səviyyəsində razılıq verilib. Ona görə də kənar müdaxilələrin (əgər bəzi iddialara uyğun olaraq onlar varsa!) qanunun qəbulunu önləyəcəyi ehtimalı sıfıra enir.
Amma şübhəsiz ki, "siqaret mafiyası" istənilən halda bu cür qanunun qəbuluna sevinə bilməz, onun qəbul edilməsinə mane ola bilməsə belə, icrası zamanı əngəllər yaratmağa təbii ki, çalışacaqdır. Buna görə də vətəndaş cəmiyyəti və KİV-in də bu məsələdə həssas olması, qanunun qəbulu və icrası prosesində öz dəstəyini əsirgəməməsi vacibdir.
Murad Can
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40