Ötən gecə İstanbulun Atatürk hava limanında törədilən terror aktında yaralanan şəxslərdən daha biri dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bununla da terror aktında həyatını itirənlərin sayı 42 nəfərə çatıb. Son məlumata görə, yaralıların sayı isə 238 nəfərdir.
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə açıqlamasında bildirib ki, İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı nəticəsində yaralanan 128 nəfər hazırda xəstəxanalarda müalicə olunur. Onlardan 41-nin vəziyyəti ağırdır. Terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb. Həlak olanlardan 10-u xarici, 3-ü isə ikili vətəndaşlığı olan şəxsdir.
Bu arada mətbuata açıqlama verən Türkiyənin baş naziri Binali Yıldırım hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini vurğulayıb: "Hava limanlarının mühafizəsinə dair müvafiq tədbirlərin görülməsi zəruridir. Biz aeroportlarda təhlükəsizliyi gücləndirəcəyik.