"Uzun illərdir Azərbaycanda elmin inkişafına yönəlmiş vəsait ümumi daxili məhsulun 0,2%-dir. 2025-ci ildə 0,2%-dən də aşağı düşüb. Bu da iqtisadi təhlükəsizlik nöqteyi-nəzərindən kritik hesab edilən həddən 10 dəfə aşağıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Ona görə elm sahəsində çalışanların əksəriyyətinin əməkhaqqı Azərbaycanın orta əməkhaqqından 1,5-1,8 dəfə aşağıdır. Hesab edirəm ki, elə belə mexaniki yox, elm sahəsindəki ciddi islahatları həyata keçirməklə, elmə ayrılan vəsaiti həmin 0,2%-dən əvvəlcə 1%-ə, ondan sonra kritik həddən də yuxarı qaldırılması istiqamətində addımlar atılsın. Elm sahəsində çalışanların əməkhaqqını əvvəlcə orta əməkhaqqına, ondan sonra isə müqavilə münasibətləri və s. ilə də daha yüksəyə qaldırılması istiqamətində addımlar atılsın", - deyə deputat vurğulayıb.

Anar Kəlbiyev