İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı memorandum 14 bənddən ibarətdir.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi yazıb. 

Məlumata görə, İran və ABŞ arasında imzalanan memorandum dəniz blokadasının 30 gün ərzində qaldırılmasını və Amerika qüvvələrinin İranla həmsərhəd ərazilərdən çıxarılmasını nəzərdə tutur.

ABŞ və müttəfiqləri Tehranla razılaşmaya əsasən, İranın ən azı 300 milyard dollar dəyərində yenidənqurma planlarını təqdim etməlidirlər.

Qeyd olunub ki, İran və ABŞ arasında imzalanan müqavilədə İran nefti və neft məhsullarının satışına tətbiq edilən sanksiyaların dayandırılması ilə bağlı bənd var.

Ağarza Elçinoğlu