Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Məktubda deyilir: "Bu əlamətdar bayram Rusiya Federasiyası vətəndaşlarının ölkələrinin gələcəyi üçün məsuliyyətini, eləcə də dost rus xalqının dövlətin inkişaf yolunu müstəqil seçmək istəyini təcəssüm etdirir.

Əminəm ki, Ermənistan Respublikası və Rusiya Federasiyası xalqları arasında çoxşaxəli əlaqələr, eləcə də bir-birinin suverenliyinə və dövlət maraqlarına hörmət əsasında açıq və konstruktiv dialoqa qarşılıqlı hazırlıq ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə və bütün əməkdaşlıq imkanlarından istifadəyə töhfə verməyə davam edəcək". 

Qeyd edək ki, Rusiya lideri Paşinyanı hələ seçkilərdə qələbə qazanması münasibətilə təbrik etməyib. 

Ağarza Elçinoğlu