Şəkidə intihara cəhd olub.
Unikal.org xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şin kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Spartak İsmayılov özünü Kiş çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyir. Onun külli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilir.