Sabah Bakının Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin, eləcə də 20-ci sahə yaşayış massivinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə unikal.org-a "Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, fasilələrin yaranması abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və diametri 720 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.
Aparılan işlərin Yasamal rayonu Nizami və Ə.Quliyev küçələri, həmçinin Nəsimi rayonu D.Əliyeva küçəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.