ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, tərəflər F.Ştaynmayerin Yerevana və Bakıya səfərləri əsasında Qarabağ münaqişəsinin nizamlanmasının inkişaf perspektivlərini müzakirə ediblər.
Almaniya və Rusiya XİN başçıları həmçinin Ukrayna böhranının həlli ilə bağlı müzakirələr aparıblar.