Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu tutulub.
Unikal.org xəbər verir ki, arqument.az onun həyat yoldaşına istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs Fikrət Fərəməzoğlu evinə daxil olaraq axtarış aparıblar, notbuku götürərək evdən çıxıblar.
Virtualaz.org isə yazır ki, F.Fərəməzoğlu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır. DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən hələ ki, bununla bağlı şərh almaq mümkün olmayıb.
F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb edilmişdi. O zaman "24 saat qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu DİN başçısı Ramil Usubovun ərizəsi əsasında şərəf və ləyaqətin qorunması maddəsi üzrə 1 il azadlıqdan şərti məhrumetmə cəzası almışdı.
Qeyd edək ki, Jam.az saytı hər hansı konkret siyasi-ideoloji istiqaməti ilə seçilmir. F.Fərəməzoğlu özü isə uzun müddət MTN-in keçmiş rəhbəri Eldar Mahmudovla bağlı olub və onun agentliyini edib.