İyulun 2-də Ağdamda və Füzulidə 3 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Unikal.org-a ANAMA-dan verilən məlumata görə, Tərtər rayonu Çaylı kəndində Ağdam rayonu Əhmədağalı kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış top mərmisinin qalıqları aşkar edilib, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.
Füzuli rayonu Horadiz kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkar edilib, nəticə etibarı ilə 1 200 kv. m ərazi yoxlanılıb.
02 İyul tarixində 2 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkar edilmiş, gün ərzində 4 200 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 02 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 566 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.