Tovuz rayonunda 22 yaşlı gənc göldə çimərkən batıb.
Unikal.org-un Report-a istinadən məlumatına görə, hadisə rayonun Qazıqulu kənd ərazisində yerləşən Tovuzçay su anbarında baş verib.
Tovuzun Dönükqırıqlı kənd sakini Yaşar Hümbətov 6 nəfərlə birlikdə su anbarında çimməyə gedib. O, çimərkən suda batıb.
Hazırda gəncin meyitinin axtarışları davam etdirilir.