Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Unikal.org Criminal.az-a istinadən xəbər verir ki, metronun ''İnşaatçılar'' stansiyasının qarşısında ''Lexus'' markalı avtomobil yolu keçmək istəyən gənc oğlanı vurub. Piyada aldığı xəsarətdən yerindəcə keçinib.
Hadisə şahidlərinin məlumatına görə, maşın vuran gənc Yasamal ərazisində ''Makedon'' ləqəbi ilə tanınır. Fiziki qüsuru olan gənc avtomobillərin təkərini qaraltmaqla pul qazanırmış.