Ermənistanın müharibə iddiası
12:27 08-06-2012
İQTİSADİYYAT
Ermənistanın müharibə iddiası
Bu ölkə Rusiyanın siyasi sifarişini həyata keçirir
Azərbaycanla Ermənistan arasında atəşkəsin son günlər sistemli pozulmasına, az qala, dünyanın hər bir ölkəsi reaksiya versə də, Rusiyadan heç bir reaksiya gəlmədi. Buna görə də əksər ekspertlər hələ bir neçə gün öncədən də bildirirdilər ki, atəşkəsin pozulması Rusiyanın maraqlarına cavab verir və Ermənistan bu əmri mütləq icra etməlidir.
Hesab edilir ki, atəşkəs pozularsa və qısa müddətli əməliyyatlar olarsa, Rusiya asanlıqla öz ordusunu regionda yerləşdirə biləcək. Buna görə də Ermənistan bu gün faktiki olaraq siyasi sifarişin icrası ilə məşğuldur.
Ermənistan prezidenti Serj Sarkisyan son vaxtlar cəbhədə baş verən insidentlə bağlı verdiyi açıqlama da bunu tam olaraq təsdiqləyir.
Əvvəlcə açıqlamadakı müəyyən detalları nəzərdən keçirək.
Sərkisyan təmas xəttində baş verənləri fövqəladə təhlükəli adlandırıb və Azərbaycan tərəfinə sərt cavab veriləcəyini deyib: "İstənilən erməni hərbiçisinin ölümü bütün erməni xalqının itkisidir. Biz hamımız həlak olanların ailələri ilə birgə kədərlənirik. Rəqibə cavab planında bizim kədərimizə təsəlli verəcək bir addım yoxdur. Mən həmişə demişəm ki, təmas xəttində provakasiya fövqəladə təhlükəlidir. Həmçinin qeyd etmişəm, onlar sərt cavab alacaqlar. Son vaxtlar baş verən insidentlər da bunu təsdiqləyir".
Sərkisyan qeyd edib ki, əgər bu təxribatlar Azərbaycanın rəhbərliyinin sərəncamı üzrə həyata keçirilibsə, belə olan halda prezident şəxsən barışığın pozulmasına - Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklər görə məsuliyyət daşıyır yaxud bu ölkənin silahlı qüvvələri rəhbərliyin nəzarətindən kənara çıxıb. Belə olan halda bizim təşkil olunmuş ordu ilə deyil, ayrı-ayrı sahə komandirləri ilə mübarizəyə hazır olmalıyıq.
Ermənistan prezidentinin sözlərinə görə, onların hərbi güc tətbiq etmək üçün hər hansı səbəbləri yoxdur. Belə ki, Sərkisyan Qarabağ münaqişəsinin yeganə həll yolu kimi danışıqlar yolu olduğunu qeyd edir. Münaqişənin nizama salınması isə Dağlıq Qarabağ (qondarma) xalqının öz müqəddəratını təyin etmə hüququ ilə reallaşdırılmalıdır.
"Azərbaycan tərəfi tam əksini edir. Ksenofobiyanın stimullaşdırılmasına vətəndaşları ölkənin daxili problemlərindən yayındırmaq vasitəsi kimi baxır".
Sonda Sərkisyan Ermənistanın vəziyyəti gərginləşdirmək istəmədiyini, lakin Ermənistan vətəndaşlarına və Dağlıq Qarabağ ermənilərinə yönəlmiş hər hansı bir addımı qarşılıqsız qoymayacağını qeyd edib: "Ermənistan silahlı qüvvələri təmkinlilik və ayıqlıq, eyni zamanda rəqib tərəfindən istənilən provakasiyaların qarşısını almaq və cəzalandırmaq əmri alıblar".
Gördüyünüz kimi, Serj Sərkisyan açıq şəkildə etiraf edib ki, atəşkəsin pozulması əmrini birbaşa o verib. Çünki atəşkəsi ilk olaraq Ermənistanın özü pozub. Sadəcə, bundan bəhrələnməyə çalışan Ermənistan bir tərəfdən məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışırsa, digər tərəfdən də əməliyyatları daha da genişləndirməyə çalışır.
Bunu da qeyd edək ki, Ermənistan prezidentinın ardından Azərbaycanı hədələyən ikinci bəyanat isə bu öləknin idman və gənclər nazirinin müavini, habelə "Erməni qartalları" təşkilatının sədri Xaçik Əsryandan gəlib.
O, iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə yenidən başlayarsa, 1988-ci ildən iki dəfə çox qüvvə ilə müdafiəyə qalxacaqlar.
"Əgər Dağlıq Qarabağda müharibə yenidən başlayarsa, o zaman erməni vətənpərvərlərinin döyüş ruhu 1988-ci ildəkindən iki, üç, dörd, hətta beş dəfə çox olacaq".
Nazir müavini bildirib ki, bunu əminliklə deyir: "Bunu milli-vətənpərvərlik sahəsində mübarizə aparmış biri kimi tam əminliklə deyirəm. Erməni vətənpərvərləri hər nə qədər sosial problemlər içində yaşasalar da, bu onların döyüş ruhuna təsir etmir. Hər an hər şeyi hazır vəziyyətdə gözləyirlər".
"Erməni qartalları"nın sədri həmçinin qəribə bir təkliflə də çıxış edəcəklərini vurğulayıb.
O deyib ki, yaxın günlərdə onlar 2000 gəncin adından Ermənistan prezidentinə müraciət ünvanlayıcaqlar: "Həmin müraciətimizdən ali baş komandandan Dağlıq Qarabağa könüllü olaraq getməyimizi xahiş edəcəyik. Serj Sərkisyandan Qarabağdakı ən ağır postlarda durmağı, atəşkəsin mütəmadi olaraq pozulduğu istiqamətlərdə qulluq etməyimiz üçün şərait yaradılmasını rica edəcəyik".
Çox maraqlıdır ki, Ermənistan prezidenti bu bəyanatı Hillari Klinton hələ regionu tərk etməmiş verdi.
Mütəxəssislər hesab edirlər ki, bu səfərdən sonra Ermənistan prezidentinin belə hədələyici bəyanatla çıxış etməsi sübut edir ki, Hilalri Klinton Ermənistanda heç bir razılaşmaya nail ola bilməyib. Bu səbəbdən də Ermənistan oyundan kənara çəkilərək Rusiyanın maraqlarını həyata keçirtməyə çalışır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00