Əyalət insanı hansı gündə yaşayır?
12:31 08-06-2012
İQTİSADİYYAT
Əyalət insanı hansı gündə yaşayır?
Kəndlər qaz gözləyir, icra başçıları isə yeyintinin yeni yolunu tapıblar
Əyalətlərin problemləri başlarından aşır. Bölgə insanları illərdir üzləşdikləri sıxıntıları aradan qaldırmaq üçün yerli qurumlardan yardım istəsə də, nəticə yoxdur. Yekunda isə narazılıq ən son həddə çataraq, etirazlara çevrilməyə başlayır ki, bundan da ən çox əziyyət çəkən elə dövlət qurumları olurlar.
Kəndlərin "mavi
yanacaq" dərdi
Azərbaycan hökuməti bir müddət əvvəl bəyan etmişdi ki, 2013-cü ilin sonuna kimi ölkə kəndlərinin qazlaşdırma problemini tamamilə həll edəcək. Bununla bağlı plana malik olduğun bildirən ARDNŞ hətta bir çox istiqamətlərdə qaz xətlərini çəkməyə də başladığını açıqlamışdı. Amma bu sözün üzərindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə kəndlərə qaz verilir, nə də xətlərin çəkilməsi üçün addım atılır.
Masallının dağətəyi kəndləri də eyniylə ARDNŞ-in vədini yerinə yetirəcəyini gözləyir. Güllütəpə, Tatyanoba, Yeni Zuvand və daha bir neçə kəndin sakinləri böyük ümidlə gələn ili gözləsələr də, hərəkətsizlikdən şübhəlidirlər. Onlar deyirlər ki, bu kəndlərə qaz çəkilməsi elə də çətin məsələ deyil. Çünki həmin kəndlərə ən yaxın olan Köhnə Alvadı kəndinə hələ sovet dövründən təbii qaz verilib və bundan sonra cəmi 2 km uzunluğunda əlavə kəmər çəkilməlidir. İllərdir bu problem düyünlənib qalıb. Bircə dəfə addım atsalar, ən azı 7 kəndin təbii qazla bağlı problemi tamamilə həll olunacaq. Deyiblər ki, 2013-cü ildə hər şey yoluna qoyulacaq. Amma bu hərəkətsizliyi ki, görürük, inanmırıq".
Camaat bu məsələnin həlli üçün indiyə qədər dəfələrlə yerli İcra Hakimiyyətində olublar. Hər dəfə də onlara vəd veriblər ki, qaz xətti çəkiləcək. "Uzun illərdən sonra kəndlərimizə asfalt yol çəkdirə bildik. Çox əziyyətlər bahasına başa gəlsə də, yenə də istəyimizi reallaşdırdıq. Qaz məsələsi üçün də illərdir İcra Hakimiyyətinə müraciət edirik. Hər dəfəsində də deyirlər ki, həll edəcəyik. Amma həll olunmur. Ona görə də, dövlət qurumlarına, ölkə rəhbərliyinə müraciət edərək xahiş edirik ki, bu kəndlərə "mavi yanacağın" verilməsini tezləşdirsinlər".
İcra başçıları
daş sexi açırlar
Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə bütün rayonlara əlavə maliyyə yardımları edilir. Həmin rayonlarda abadlaşdırma və yenidənqurma işlərinin görülməsi məqsədi ilə atılan bu addımlar isə icra başçılarının daha çox xeyrinə işləyir. Əgər əvvəllər icra başçıları bu vəsaitləri müxtəlif vasitələrlə mənimsəməyə çalışırdılarsa, indi taktika dəyişib.
Bir neçə rayondan aldığımız məlumatlarda deyilir ki, son dövrlər dəbə minən səkilərin kiçik daşlarla hörülməsi prosesi icra başçılarının əsas gəlir mənbəyinə çevrilib. Belə ki, dövlət büdcəsindən ayrılan pulları qanuni yolla "mənimsəmək" üçün ən optimal variantlar tapılıb. Məlumatlarda deyilir ki, rayonun rəhbərləri artıq özlərinə daş sexləri yaradırlar. Həmin sexləri isə yaxın qohumlarından birinin adına keçirirlər. Dövlətin pulunu da bu cibdən çıxarıb, o biri ciblərinə rahatlıqla qoya bilirlər.
Qeyd olunur ki, bəzi icra başçıları təkcə daş sexləri deyil, tikintidə istifadə olunan bəzi digər materialların da istehsalını təşkil etməyə başlayıblar. Hərçənd onlar bununla rayonda 5-10 yeni iş yeri açırlar ki, o da qənimətdir. Amma ortada qalan ciddi fakt isə odur ki, başçıların bu taktikası dövlət büdcəsinin talanmasına gətirib çıxarır.
Daha doğrusu, yaradılan həmin sexlərdə qiymətlər süni şəkildə şişirdilir. Halbuki bu rəqəm normalda bazar qiymətləri ilə tənzim olunmalıdır. Ancaq bəzi çoxbilmiş icra başçıları isə qiyməti deyil, həcmi şişirtməklə yeyintini ört-basdır edirlər. Məsələn, səkilərin daşlanması üçün nəzərdə tutulan materialın həcmi 100 kvadrat olduğu halda, qaimələrdə bu rəqəmi 150-200, hətta 500 kvadrat metrə qədər artırırlar.
Daşkəsənin yarıuçuq
tibb məntəqələri
Əhəd Abıyevin rəhbərlik etdiyi Daşkəsən rayonunun kənd tibb məntəqələrində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, dağlıq ərazidə həkim və orta tibb işçisinin çatışmazlığı, eləcə də məntəqələrin əksəriyyətinin maddi bazasının yox səviyyəsində olması Daşkəsənin kəndlərində yaşayanların həyatlarını hər an təhlükə qarşısında qoyur.
Hazırda Daşkəsən rayonu ərazisində 23 tibb məntəqəsi rəsmən mövcud olsa da, onlardan 8-i tamamilə fəaliyyət gəstərmir. Səbəb isə adıçəkilən məntəqələrdə işləyəcək kadrların yoxluğu və sovet dönəmində tikilən binaların hazırda heç bir şəraitinin olmaması ilə bağlıdır.
Daşkəsən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev bildirib ki, səhiyyə xidməti olmayan kəndlərdə yaşayanlar bu səbəbdən məcbur olub hər hansı bir tibbi müayinə və müalicə üçün rayon xəstəxanasına üz tuturlar. Bu da xəstənin həyatını təhlükə altında qoyur. Baş həkim rayonda tibb məntəqələrindən başqa 2 kənd xəstəxanasının və 5 həkim məntəqəsinin fəaliyyət göstərdiyini də qeyd edib, lakin ciddi həkim və orta tibb işçisinin çatışmazlığından isə narazılığını bildirib. "Ucqar dağ rayonlarına xas xüsusiyyət olan həkim çatışmazlığı Daşkəsən rayonunda da özünü qabarıq göstərir. Rayon ərazisində 87.5 həkim ştatı əvəzinə 33 həkim, 133 orta tibb işçisi çalışır. Hazırda müəsissələrimizdə 73 orta tibb işçisi üçün vakant yerimiz var".
Daşkəsəndə ən uzaq tibb məntəqəsi rayon mərkəzindən 32 km uzaqlıqda yerləşən Astaf kəndində yerləşir. 2009-2013-cü il Dövlət Proqramına əsasən isə Daşkəsəndə bərbad vəziyyətdə olan 5 kənd tibb məntəqəsinin yenidən tikilməsi planlaşdırılır.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00