"25 illik parlament tarixində hələ də ATƏT prinsiplərinə kölgə salan məsələlərlə qarşılaşırıq".
Unikal.org APA-ya istinadən bildirir ki, bu sözləri Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun Tbilisidə keçirilən illik sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, hazırda ATƏT-in qarşısında dayanan əsas məsələlər qaçqın böhranı, zorakılıq və korrupsiya ilə mübarizədir: "Lakin biz hələ də vahid antiterror şəbəkəsi yarada bilməmişik. Bizi ATƏT prinsiplərinin pozulması qarşısında təmkinlilik nümayiş etdirmək narahat edir. Qafqaz regionundakı münaqişələr Avropa üçün təhdiddir. Azərbaycan həmişə müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəkləyib və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə çıxış edib. Biz münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Helsinki Yekun Aktının müddəaları əsasında həllinə tərəfdarıq".