Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri avqust ayında baş tuta bilər.
Unikal.org RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D. Peskov deyib ki, Rusiya prezidentinin İran və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün avqust ayında Bakıya səfər etməsi imkanları üzərində iş gedir.
Xatırladaq ki, bu ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir.