"Dağlıq Qarabağ münaqişəsinin həllində bu və ya digər dövlətin istənilən konstruktiv rolu yalnız alqışlanar və xoş qarşılanar".
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu kimi müvafiq formatlar, Azərbaycan və Ermənistanla birbaşa dialoq, eləcə də Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyədə görüş mövcuddur: "Hesab edirik ki, bunlar kifayətdir və kəsərli formatlardır".