Nərimanov rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis- polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.
İ. Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakıda bir neçə polis vəzifəsini tutub.
Onun bu vəzifədən azad edilməyi isə gözlənilməzdir. Çünki İsmayıl Əsədov bu vəzifəyə bir il öncə təyin ounmuşdu. Onun hansı vəzifəyə təyin olunacağı hələ bilinmir.
Nərimanov rayon Polis İdarəsinin yeni rəisinin kim olduğu haqda da əlavə məlumat yoxdur.