Mağazalarda satılan suların qiymətin azalma müşahidə olunur. 

Unikal.org-un əməkdaşı məsələ ilə bağlı bir paytaxtın bir neçə böyük marketlərində satışda olan suların qiyməti ilə maraqlanıb. Məlum olub ki,  1 litrlik qazlı su bir müddət əvvəl 0.93 manata satılırdısa, bu qiymət artıq 0.74 manat təşkil edir. Araşdırma zamanı o da məlum olub ki, qiymət azalması bir neçə şirkətin istehsal edib satdığı sularda müşahidə olunur. Marketdə çalışan menecerlərin verdiyi məlumata görə, qiymətlər istehsalçı şirkətlər tərəfindən aşağı salınıb, səbəbi isə bəlli deyil.

Bundan əlavə mağazalarda satılan enerji içkilərinin də qiymətində azalma var.