Azərbaycanda məşhur olan elan saytlarının birində hər kəsi təəcübləndirən məlumat yerləşdirilib.
Unikal.org Azxeber-ə istinadən bildirir ki, Aytən adlı xanım öz evində kişilərə masaj xidməti təklif edir.
Elanda qeyd olunur: "Salam, adım Aytəndir. Mən kişilərə "kitayski masaj" təklif edirəm. Masaj öz evimdə olacaq. Bəylər razı qalacaq, kaprizim yoxdur. Masajdan sonra çay, kofe və duş təklif edirəm. Özüm çimizdirəcəm
Qeyd edək ki, Azərbaycanda internet məkanında bu cür təkliflər edən qadınların sayı artıb. Onlar daha çox sosial şəbəkələrdə özlərinin "pr"ı ilə məşğul olurlar və kişiləri "tora salırlar". Belə ki, bəzi xanımlar kişiləri evə dəvət edəndən sonra polisə zəng edib, ona təcavüz etdiyini iddia edirlər və bu yolla kişilərdən külli-miqdarda pul qazanırlar.
Azxeber.com-a müraciət edən Murad adlı şəxs də məhz bu yolla tora düşdüyünü deyib: "Mən odnoklasniki.ru saytında bir xanımla tanış oldum, onunla bir neçə həftə danışdıq. Aramızda səmimiyyət yarandı və o, məni öz evinə dəvət etdi. Mən də evinə getdim, evə girəndən bir neçə dəqiqə sonra polislər içəri daxil oldu və dedilər ki, guya ki, mən xanıma təcavüz edirəm, mən isə bildirdim ki, o, özü məni evinə dəvət edib. Sonra polis bölməsinə aparıldım və bir gecə orada qaldım. Daha sonra məsələni aydınlaşdırdıq və evə buraxıldım.
Şikayətçi deyir ki, bu hadisə ona dərs olub: "Bundan sonra mən heç kimlə virtualda tanış olmayacam, hətta qız desə ki, gəl bizə sənə bütün dünyanı verəcəm, yenə də getmərəm. Hər kəsə də məsləhət görürəm ki, heç vaxt tanımadıqları xanımın evinə getməsinlər, axırı çox pis qurtarır.