Yay turizm mövsümü ilə əlaqədar Lənkəranda mədəni-kütləvi tədbirlərin keçirilməsi yeni vüsət alıb.
Unikal.org xəbər verir ki, bununla əlaqədar olaraq Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər planı hazırlanıbvə tədbirlər planı üzrə işlər davam etdirilir. Lənkəran Mədəniyyət Mərkəzinin klub filialları təkcə iyun ayında 67 klub 100-dən çox musiqili, əyləncəli, mədəni kütləvi tədbir keçirmişdir.
Bu mədəni-kütləvi tədbirlərin əksəriyyəti istirahət mərkəzÂləÂrində baş tutmuşdur. Lənkəran klub müəssisələri buradakı "Palıdlı sahil, "4 fəsil, "Dalğa, "Xan LənkəÂran, Qafqaz və "Xəzər-Palas istirahət mərkəzlərinə tez-tez qonaq gedir.
Növbəti konsert Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə iyulun 6-da Lənkəran Heydər Əliyev xatirə parkında təşkil olunub. Konsertə rayonda olan xarici turistlər də iştirak ediblər.
Konsert proqramını Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli açaraq respublikada turizmin inkişaf etdirilməsi sahəsində görülən işlərdən və Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin keçirdiyi tədbirlərdən danışıb.
Mədəniyyət Mərkəzinin "Çölləmə və Girdəni Diyarşünaslıq Evinin "Vənəşə rəqs ansambllarının ifa etdiyi gözəl rəqslər də konsertə əlavə rəng qatıb. Konsertə toplanmış minə yaxın tamaşaçının sürəkli alqışları, xüsusən də balacaların hər ifaya qoşulub rəqs etməsi bayram əhvalını yüksəldirib. Üç saata yaxın davam edən konsert böyük atəşfəşanlıqla başa çatıb.