Ağstafada yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hərəkətdə olan "VAZ" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil təmir sexinə, daha sonra təmirdə olan minik maşına çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1996-ci il təvəllüdlü T.İbrahimov, 2002-ci il təvəllüdlü K.Mehdizadə və 1992-ci il təvəllüdlü M.Həsənlidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov