Lənkəran sakini meşə zolağında bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, ölümlə nəticələnən bədbəxt hadisə Lerik rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib. Belə ki, Lənkəran rayon sakini 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev, şəhid ailələri üçün ayrılan kvota ilə, meşəyə odun gətirməyə gedib. Meşə ərazisində odun doğrayarkən, yaxınlıqdakı ağacın iri budağı onun üstünə aşıb və A.İbrahimov ağır xəsarət alıb.
Ətrafdakıların köməyi ilə o, meşə ərazisindən götürülüb kəndə yaxın yerə gətirilib. Yolsuzluq şəraitinə görə təcili tibbi yardım briqadası əraziyə çatana qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev