Bakıda orta məktəblərdən birindən silah-sursat tapılıb.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ 34-cü PB-yə müraciət edib. Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız "F-1 qumbarası, 1 ədəd alışqanlı "RQD-5 qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd "Viola-M rabitə qurğusu aşkar edilərək götürülüb.
Araşdırma aparılır.