"A klas oxşar"
Bakının mərkəzi küçələrindən birində fəaliyyət göstərən geniş və diqqəti cəlb edən mağazada müxtəlif geyim, aksessuar, ayaqqabı, çanta, eynək kimi məhsullar satılır.
Coco adlanan mağazada məhsulların üzərindəki etiketlərdə dünyanın müxtəlif ölkələrinə məxsus məşhur və bahalı brendlərin adı qeyd olunub. Qiymətlər isə həmin məhsulların əsl qiymətlərindən qat-qat aşağıdır.
Mağazanın reklam şöbəsinin rəhbəriArzu Əhmədovamağazada satılan ucuz məhsulların saxta brend olması fikri ilə razılaşmır.
Onun iddiasına görə, hər hansı brend məhsulu istehsal edəndə onu "A, B, C klassları üzrə hazırlayırlar" və onlar "saxta sayılmır".
"Kiminsə imkanı var 5000 manatlıq Gucci-ni almağa. Eləsi var imkanı yoxdur, gedir 300 manatlıq olanı alır. Yəni onun üçün "A klass" deyilən bir şey var", mağaza nümayəndəsi "A klass"ın brend markaları tərəfindən aşağı gəlirli insanlar üçün yaratdığı ucuz məhsul olduğunu iddia edir.
İqtisadi təhlilçiZöhrab İsmayılın fikrincə isə, eyni məhsulların istehsalında siniflərə bölmə "absurddur".
"Belə bir şey mümkün deyil. Amma eyni brendin müxtəlif məhsulları arasında böyük qiymət fərqi mümkündür. Qərb ölkələrində də eyni brendin ucuz və baha məhsulları, eləcə də ayrı-ayrı məhsullar üzrə böyük endirimlər olur", o əlavə edir.
Bu məhsulların Azərbaycana gətirilməsinə gəlincə Arzu Əhmədova deyir ki, onların Sədərək Ticarət Mərkəzində "öz yerləri var" və məhsulları da ordan alırlar. Ticarət Mərkəzinə hansı ölkədən və necə gətirilməsindən, gömrükdən keçirilmə prosedurundan isə "xəbərsizdir".
"Mənim mağazamda əgər günə 10 ədəd Dolce & Gabbana satılırsa, mən niyə onu gətirməməliyəm? Sizi heç kim məcbur etmir bu məhsulu almağa. Alandan sonra bizim nə günahımız var burda", mağazanın nümayəndəsi deyir.
"İnsanların tələbatı varsa, bu məhsulu alırsa, mən niyə onu alıb gətirməməliyəm", o sual edir.
Bu məhsulların müvafiq dövlət qurumları tərəfindən yoxlanılmasına cavab olaraq xanım Əhmədova deyir ki, "mən mağazanın vergilərinə nəzarət edir və vaxtında ödəniş edirəm".
Cənab Hüseynov bildirir ki, bu hal istehlakçı hüquqlarının pozulmasıdır. O dövlət qurumlarının biganəliyindən də şikayətçidir.
"Dövlət orqanlarına bu barədə sorğu göndərəndə, deyirlər ki, bines qurumunun işinə qarışa bilməzlər. Azad bazar iqtisadiqiyyatı elan olunub və biznes qurumları üçün toxunulmazlıq şəraiti yaranıb. İstehlakçı hüquqlarının toxunulmazlığı arxa planda qalıb", o qeyd edir.
Qurum rəhbəri bu hallarla bağlı nazirlər kabinetinə təkliflər göndərdiyini də əlavə edir.
"Oğurluq"
"Bir çox keçidlərdə fəaliyyət göstərən mağazalarda saxta məhsullar satılır. Ətirləri başqa ölkədən gətirib burda brend adı ilə qablaşdırırlar. Bundan başqa məşhur çanta, ayaqqabı, geyim, kosmetika brendlərinin saxta versiyaları satılır", - o bildirir.
Vergidən yayınma
İqtisadçıVüqar Bayramovdeyir ki, brend adı ilə saxta məhsulların satışı qanunvericiliklə qadağandır.
Oqeyd edir ki, bazarda satılan istehlakçının aldadılması ilə nəticələnən saxta mallar ölkə daxilində qeyri-qanuni və gizli üsulda hazırlanır, yaxud da Asiya ölkələrindən, xüsusən Çindən gətirilir.
"Vətəndaşın əlindəki pul işbazlar tərəfindən yayındırılır. Saxta məhsulların dəyəri aşağı olduğu üçün vergi də az olur. Bu da büdcəyə təsir edir, vergidən yayınma halları artır", - o deyir.
Müəlliflik hüququ
İqtisadi təhlilçi Zöhrab İsmayıl bazarda saxta məhsulların satılmasını intellektual mülkiyyətin qorunmamasının nəticəsi hesab edir. Bundan başqa o bu halı Azərbaycanın dünya ticarət təşkilatınn üzvü olmaması ilə də əlaqələndirir.
"Təşkilata üzv olunmadığı üçün xarici ticarət standartlarına əməl olunmur. Başqa ölkələrdə saxta mallar düzəldilir, gətirilir və bunu yoxlayan yoxdur", deyən iqtisadçı ölkədə müəlliflik hüquqları ilə bağlı qanunun işləmədiyini də əlavə edir.
Zöhrab İsmayıl belə davam edərsə nəticənin "acınacaqlı" ola biləcəyindən də danışır.
"Malları saxtalaşdırılan brendlər məhkəmələrə müraciət edə bilər", o davam edir.
"Nəzarət var"
İqtisadiyyat nazirliyinin sözçüsüAbbas Əliyevisə bazara nəzarətin olduğunu bildirir.
Onun sözlərinə görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müayinə, müşahidə, baxış və digər metodlardan istifadə edərək istehlak bazarına nəzarət tədbirlərini davam etdirir.
"Bəzi hallarda əmtəə nişanının təqlidi, saxta brendlərdən istifadə halları ilə bağlı həmin brend sahiblərindən müraciət daxil olur. Şübhəsiz ki, operativ qaydada araşdırılır və müraciətdə göstərilənlər təsdiq tapırsa, qanunvericiliyə uyğun təbdirlər görülür", nazirlik sözçüsü əlavə edir.