Elman Mehdiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri vəzifəsindən öz xahişi və ərizəsi əsasında azad olunub.
Unikal.org xəbər verir ki, bu barədə AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
Nazirlik rəsmisi qeyd edib ki, bu səbəbdən DSMF-ya yeni direktor təyin olunub: "Hazırda Fondda struktur dəyişiklikləri davam edir. Qısa müddətdə bütün proses başa çatacaq.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmri ilə Zakir Hadı oğlu Babayev Dövlət Sosial Müdafiə Fondunun yeni direktoru təyin edilib.