Xəbər verdiyimiz kimi, dünən Bakı Apellyasiya Məhkəməsi sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı qərar qəbul edib.
Unikal.org-un "Qafqazinfo"ya istinadən məlumatına görə, eks-millət vəkili qərardan sonra bu gün "ASAN xidmətdə görüntülənib. Xaricə müalicəyə getmək üçün 3 aylıq icazəsi olan Əhmədova operativ şəkildə hazırlıqlara başlayıb.
Qeyd edək ki, G.Əhmədovaya cərrahiyyə əməliyyatı üçün 3 ay müddətinə ölkədən çıxışına icazə verilib.