Ukraynada azərbaycanlı Çerniqov vilayəti üzrə Apellyasiya Məhkəməsinin sədri təyin olunub.
Unikal.org apa-ya istinadən məlumatına görə, yeni təyinat alan şəxs əslən Azərbaycanın Tovuz rayonunun Aşağı Əyyublu kəndindən olan, 1959-cu il təvəllüdlü Sadiq Rza oğlu Tağıyevdir.
S. Tağıyev bildirib ki, bu vəzifəyə qədər Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini olub. 1977-ci ildə Donetsk Tibb İnstitutunu bitirən R. Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Luqansk vilayətində milis orqanlarında işləyib.
1987-ci ildə Xarkov Universitetində hüquq fakültəsini bitirən R. Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifədə çalışıb.