Donbasda mülki əhali arasında ölənlərin sayı getdikcə artır.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.
"Mülki əhali arasında ölənlərin sayı artmaqdadır. Bu çox acınacaqlı və yolverilməz faktdır. ATƏT ümid edir ki, yaxın günlərdə təmas xəttində tərəflərin geri çəkilməsinə dair sənəd imzalanacaq. Təmas qrupunun təhlükəsizlik üzrə alt qrupu bu gün işini davam etdirəcək. Ümid edirəm ki, sabah tərəflər sənədə imza atacaq ", deyə M.Saydik bildirib.
Qeyd edək ki, bu gün Ukrayna üzrə Təmas qrupunun növbəti iclası keçirilib.