Almaniya gerero və nama qəbilələrinə qarşı 100 əvvəl törədilmiş soyqırıma görə Namibiyadan üzr istəmək niyyətindədir.
Bu barədə "Spiegel" qəzeti Almaniya Xarici İşlər Nazirliyinə istinadən yazıb.
Məlumata əsasən ilin sonunda Almaniya ilə Namibiyanın hökumətləri və parlamentləri birgə bəyanat mətni ilə çıxış edəcəklər. Mətndə soyqırım sözü də olacaq. Bununla yanaşı, Almaniya prezidenti Yoaxim Qauk rəsmən üzr istəməyə hazır olduğunu bildirib.
Hələlik kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı razılaşma əldə olunmayıb. Rəsmi Berlin qəti şəkildə kompensasiya ödəməkdən imtina edir.
Qedy edək ki, müasir Namibiyanın ərazisi XX əsrin əvvəlində Almaniyannı protektoratı altında olub. 1903-1907-ci illərdə yerli gerero və nama tayfaları alman müstəmləkəçilərinə üsyan qaldırıb. Üsyan amansıqlıqla yatırılıb. Təxmini hesabıamalara görə, 65 minə yaxın gerero və 40 minə yaxın nama mənsubu öldürülüb.