Bu gün səhər saatlarında Bakıda yol qəzası baş verib.

Unikal.org ölkə.az-a istinadən bildirir ki, qəzanı minik avtomobili və marşrut avtobusu törədiblər.

Qəzaya səbəb qırmızı rəngli minik maşınının qadın sürücüsünün səhvi olub. Xanım sürücü qırmızı işığa məhəl qoymayaraq Mirəli Qaşqay küçəsilə hərəkət edən 88 saylı marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Bakının mərkəzində sərnişin avtobusu qəzaya düşdü  -  FOTO
Bakının mərkəzində sərnişin avtobusu qəzaya düşdü  -  FOTO