Bir neçə gün öncə "Rossiya 1 telekanalının efirində "Kriminal Rusiya. Müasir xronikalar verilişində indiyə qədər Azərbaycan ictimaiyyətinə məlum olmayan məlumat səsləndirildi - Ayrat Gimranovun Rusiyada məşhur olan cinayətkar dəstəsi Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyə sui-qəsd hazırlayırmış. 
Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb.
Ancaq iddianın nəyə əsaslandığı, cinayətkar dəstə üçün qəsdi zəruri edən səbəblər və s. barədə heç bir bilgi yoxdur.Saytın iddiasına görə, bir çox arxiv sənədləri, həmçinin Rusiya hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının ifadələri göstərir ki, bu cinayətkar dəstə Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilirdi.
90-cı illərin əvvəllərinin Azərbaycanı Qarabağdakı qanlı müharibədən canını qurtara bilməyən, bir neçə dövlət çevrilişinə şahid olmuş və vətəndaş müharibəsindən əziyyət çəkən ölkə idi.
90-cı illərin əvvəllərinin Rusiyası da müharibələrlə, amma kriminal müharibələrlə yadda qalıb.
Rusiyanın mədəniyyət paytaxtının o zamankı ən məşhur cinayətkar dəstələrindən biri Ayrat Gimranovun bandası idi. Banda 1990-cı illərin əvvəllərindən 1999-cu ilə kimi fəaliyyət göstərmişdi. Onun lideri keçmiş "əfqan zabiti, "Qızıl ulduz ordeni kavaleri, "Tatarin ləqəbli Ayrat Gimranov idi. Fəaliyyətlərinin başlanğıcında bandanın üzvləri oğurluqla məşğul olurdular. Eyni zamanda, onlar Gimranovun tanışı - keçmiş məmur Yuri Şutovun sifarişi ilə cinayətlər törədirdilər. Lakin böyük pullar gəlməyə başlayınca, cinayətkar banda fəaliyyət sahəsini genişləndirməyə başlamışdı.
Şutov 1999-cu ildə həbs edilib və ömrünün qalan hissəsini məşhur "Belıy Lebed həbsxanasında keçirib. Onun başkəsəni Ayrat Gimranov isə hələ də ömürlük cəzasını çəkir.