Abid Şərifovun bank şəriki məlum oldu
12:40 09-06-2012
İQTİSADİYYAT
Abid Şərifovun bank şəriki məlum oldu
"DəmirBank"ın səhmlərinə sahib olan sabiq icra başçısı kimdir?
1989-cu ildə yaradılan və əvvəlki adı "Azərdəmiryolbank" olan DəmirBankla bağlı maraqlı bir məlumat almışıq. Ölkənin ilk özəl banklarından olan və Azərbaycanın hazırda ən iri maliyyə təşkilatları sırasında göstərilən bankın baş nazirin müavini Abid Şərifovun himayəsi altında olduğu bildirilir.
Məlumata görə, DəmirBankın idarə heyətinin sədri Roman Əmircanovdur: "Amma banka nəzarəti müşahidə şurasının sədri Rəhman Hacıyev həyata keçirir. Rəhman Hacıyev bankda 20 faiz paya sahibdir. Onun oğlu da bankın səhmdarları arasındadır və 10 faiz payı var. Bankın İdarə Heyətinin sədrinin isə DəmirBankdakı payı 5 faizdən bir qədər çoxdur".
Məlumata görə, sabiq icra başçılarından birinin də DəmirBankda payı var. Onun həyat yoldaşının adına haqqında bəhs edilən səhmlərin mövcud olduğu vurğulanan məlumatlarda həmin icra başçısının DəmirBankın İdarə Heyətinin sədri ilə quda olduğu da bildirilir.
Qeyd edək ki, adıçəkilən bankın beynəlxalq səhmdarları da var. Məlumatlara görə, bankın beynəlxalq səhmdarları sırasına 2005-ci ildən "25% + 1 səhm" paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları "35% + 1 səhm" paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər.
Amma şübhəsiz ki, bankla bağlı həlledici qərarların qəbuluna birbaşa yerli səhmdarlar təsir edirlər və bu sırada sabiq icra başçısını da göstərmək mümkündür. Həmin şəxsin konkret kimliyi də bizə məlumdur, amma müəyyən dəqiqləşdirmələrə ehtiyac olduğundan bu barədə növbəti saylarımızda ətraflı məlumat verəcəyik.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40