Fransanın Bakıdakı səfirliyinin qaşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Unikal.org musavat.com-a istinadən bildirir ki, Fransanın Nitsa şəhərində terror hadisəsi baş verdikdən sonra, ölkənin Bakıda yerləşən səfirliyinin qarşısında mühafizəçilərin sayı artırılıb. Eyni zamanda səfirliyin qarşısından asılan Fransanın bayrağına qara lent bağlanılıb. Onu da qeyd edək ki, terror hadisəsi ilə bağlı bu dəfə səfirliyin qarşısına hər hansı gül dəstələri qoyulmayıb.

Xatırldaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamın olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.

Fransada hadisə ilə əlaqədar 3 günlük matəm elan olunub.