Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində olub.

Belə ki, "VAZ-2106" markalı avtobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil iki hissəyə ayrılıb, 4 nəfər yaralanıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.