Türkiyədə baş verən insident nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb.Ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna ualar oxunub.

Şəhidlərin Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır.Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin 11-ci prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq baş nazir Əhməd Davudoğlu və başqa dövlət rəsmiləri də iştirak edirlər. Onlar prezidentin baş müşavirinin Mustafa Varankın qardaşı professorİlhan Varankıncənazə namazına qatılıblar.

Prezident mərasimdəki çıxışında deyib ki, bu işi ölkəninbirliyi, millətin bütövlüyünə, qardaşlığına qarşı olan qüvvələr törədib. "Onların daha üst mərtəbələrdən aldıqları təlimatla dövləti ələ keçirmək cəhdləri təssüf ki, silahlı hadisəyə çevrilib.

Buzaman isə millətimiz bir çağırışla ölkənin dörd bir yanından meydanlara töküldü və "onların tankı, topu varsa, bizim də imanımız var" deyərək silahlıların qarşısında dayandı".

demokrasi-sehitleri-son-yolculuklarina-ugurlaniyor--7350658
--7350448