Bakı NəqliyyatAgentliyinin icitmayyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bu gün səhər saatlarındasərnişin avtobusunun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi barədə açıqlama verib. 

Unikal.org xəbər verir ki, o, açıqlamasında bildirib ki,saat 08:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində müntəzəm sənişin daşınma fəaliyyəti göstərən "Ayşən LTD MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobus və "Shacman markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlk baxış zamanı "Shacman markalı yük avtomobilinin dövlət nömrə nişanın nəqliyyat vasitəsinin üzərindən çıxarılaraq götürüldüyü müəyyən edilib.

Hadisə şahidlərinin ilkin dindirilməsi zamanı məlum olub ki, qəza "Shacman markalı yük avtomobilinin sürət həddini aşması səbəbindən ba verib. Beləki yüksək sürətlə hərəkətdə olan yük avtomobili arxadan 171saylı sərnişin avtobusuna çırpilib. Nəticədə avtobus aşıb. Həmin vaxt yolda hərəkətdə olan "VAZ2107" markalı minik avtomobili də aşan avtobusa çırpılıb.

Bakı Nəqliyyat Agentliyi xəsarət alanların müalicəsini diqqət saxlayır.


Maşınları ərazidən götürən qaldırıcı kran