Sumqayıtdan Daşkəsənə dincəlməyə gələn qadını və onun azyaşlı nəvəsini avtomobil vurub.
Hadisə rayonun Xoşbulaq kəndi ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini, kəndə dincəlməyə gedən 1952-ci il təvəllüdlü Ayna Bəşirova və onun azyaşlı nəvəsi yolu keçmək istəyərkən "Hyundai markalı avtomobil tərəfindən vurulub.
Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. A. Bəşirovaya sol bazu sümüyünün sınığı, alın nahiyəsinin sıyrılmış yarası, azyaşlı qız nəvəsinə isə sağ ayağının zədələnməsi diaqnozu qoyulub.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.