Bakıda 11 yaşlı uşaq dənizdə batıb.

Unikal.org xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna çimərliyində qeydə alınıb. Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Mirəziz Sabirqulu dənizdə çimərkən boğulub. Onun meyiti tapılaraq sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.