Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi Aeroport yolunda baş verib. "Shacman yük avtomobili 184 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıblar. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Shacman yük maşının sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən içki müayinəsinə aparılıb.
Qəza nəticəsində "Shacman yük maşının kabinəsi ciddi deformasiyaya uğrayıb.
Qəzadan sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb.
Faktla bağlı araşdırma aparılır.