Goranboyda kafedə yanğın olub.

Unikal.org Kəpəz TV (Region TV) xəbər verir ki,Bakı-Qazax magistralının Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən kafelərdən birində anidən yanğın baş verib.

Hadisə yerinə Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Alovu ram etmək mümkün olmadığından əraziyə Kəlbəcər və Gəncə yanğınsöndürənləri də çağırılıb.

Bütün səylərə baxmayaraq, sahəsi 600 kv.m olan kafe tamamilə yanaraq külə dönüb. Alov ətraf tikililərə də sıçrayıb. Yaxınlıqdakı çörəkbişirmə sexinə ziyan dəyib.