İyulun 18-də Prezidentİlham Əliyev"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Təklif edilən layihədə Əsas Qanuna 29 dəyişiklik edilməsi nəzərdə tutulub.
Dəyişikliklərdə prezidentliyə namizəd olan şəxs üçün qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.
Həmçinin birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin Prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, Prezident vaxtından əvvəl vəzifədən getdikdə onu birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda, onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda, Baş nazirin, Baş nazirin əvəz etməsi mümkün olmadıqdaMilli MəclisSədrinin əvəz etməsi nəzərdə tutulur. Bundan əlavə, layihədə Azərbaycanda parlament seçkilərində iştirak üçün minimal yaş həddi 18 yaş nəzərdə tutulub.
Unikal.org xəbər verir ki, əsas müzakirə mövzusuna çevrilən məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası İcra katibinin müavini,Milli Məclisin komitə sədriSiyavuş Novruzova "Azərbaycan qəzetinə açıqlamasında dəyişiklikləri şərh edib. Komitə sədri bildirib ki,İlham ƏliyevKonstitusiyaya uyğun olaraq öz səlahiyyətləri çərçivəsində ölkə Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün Referendum Aktı ilə müraciət etmək hüququna malikdir. Dövlət başçısı da bu hüququ əldə rəhbər tutaraq ölkədə referendumun keçirilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə məlum sənədi təqdim edib və məhkəmə də müəyyən zaman kəsiyində öz rəyini, təkliflərini bildirməlidir:
"İrəli sürülən təkliflərlə tanış olduqda açıq şəkildə görünür ki, sənədə Azərbaycanda dövlətin, iqtisadiyyatın inkişafı, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların müraciət etmək hüquqlarının tam şəkildə təmin olunması, ərizə və şikayətlərinə baxılması, Silahlı Qüvvələrin gücləndirilməsi, dövlət aparatının təkmilləşdirilməsi və seçkili orqanlarda iştirakla bağlı bir sıra normalar daxil edilib. Bu dəyişikliklər dünya praktikası, beynəlxalq təcrübə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq həyata keçirilir.
Siyavuş Novruzovdeyir ki, irəli sürülən təklifləri bir neçə bloka ayırsaq, burada ən önəmli məsələ ölkədə insan hüquq və azadlıqlarının, sosial ədalət prinsiplərinin qorunması, vətəndaşların rifah halının yaxşılaşdırılması, anonim yazışmaların qarşısının alınması, insanların şərəf və ləyaqətinin tam şəkildə qorunub təmin olunmasıdır. Digər önəmli məsələ isə Azərbaycanın təhlükəsizlik sisteminin daha da gücləndirilməsidir: "Bu gün dünyada ən önəmli məsələ dövlətin təhlükəsizliyidir və insanların təhlükəsizliyinin təminatı dövlətin ən aparıcı vəzifəsidir.
Bu baxımdan vətəndaşların təhlükəsizliyinin təmin olunması, ayrı-ayrı qeyri-qanuni silahlı birləşmələrin və qrupların yaradılmasının qarşısının alınması vacib şərtlərdən biridir.
Təklif edilən dəyişiklikdə önəmli məsələlərdən biri də ordu quruculuğu, Silahlı Qüvvələrin daha da inkişaf etdirilməsidir.Siyavuş Novruzova görə, Azərbaycan 20 ildən artıqdır ədalətsiz müharibə ilə üzləşib. 20 faiz ərazimiz işğaldadır. Bu baxımdan Silahlı Qüvvələrin gündən-günə daha da gücləndirilməsi, texniki təchizatının yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması vacib şərtlərdən hesab olunur və bu da həmin sənəddə öz əksini tapıb.
Dəyişikliklərlə bağlı təkliflərdə seçkili orqanlarda yaş məhdudiyyətinin aradan götürülməsi də yer alıb. Komitə sədri deyir ki, bir vaxtlar hətta Azərbaycan Konstitusiyasına yuxarı yaş həddi də daxil edilmişdir. Bu daHeydər Əliyevin namizədliyinin qarşısının alınması üçün həyata keçirilən təxribat idi: "1992-ci ildə Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndini əlavə etmişdilər ki, 65 yaşından yuxarı şəxs prezidentliyə namizəd ola bilməz. Bu da antidemokratik bir norma idi. Bu gün bəzi ölkələrdə də Azərbaycanda olduğu kimi, aşağı yaş həddi mövcuddur. Ancaq nəzərə alsaq ki, bu, seçim yolu ilə reallaşan bir prosesdir və əhali tərəfindən seçkili yolla həyata keçirilir, ona görə də bu normanın heç bir əhəmiyyəti yoxdur. Əgər insanlar həmin insana etimad göstərirsə, onu seçmək istəyirsə, həmin şəxsin qarşısını yaş məhdudiyyəti ilə kəsmək düzgün hesab olunmur-deyən komitə sədri hesab edir ki, artıq bütün dünyada seçib-seçilmək, aktiv və passiv seçki hüququ olan şəxslərin parlamentə seçilmək hüququ var.
Yaş məhdudiyyətinin götürülməsi ilə əlaqədar Azərbaycanda da yeni demokratik düşüncəli gənclər üçün imkanlar yaranar. Onlar bu və ya digər formada öz potensialından istifadə etməklə inkişafımıza böyük dəyər verə bilərlər. Ümumiyyətlə, təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini daha açıq, demokratik və beynəlxalq birliyə inteqrasiya etmiş səviyyəyə qaldırar. Ona görə də bu dəyişiklikdə yaş həddinin götürülməsi insanlara verilən seçmək və seçilmək hüququ tam əksini tapır: "Çox düzgün olaraq qoyulan normadır. Elə gənclərimiz var ki, cəmiyyətdə aktiv fəaliyyəti ilə seçilir və özünü bələdiyyə seçkilərində yoxlamaq istəyir. Ancaq qoyulan yaş məhdudiyyəti onun iştirakının təmin olunmasına əngəl yaradır. Belə aktiv gənclərin yerli özünüidarəetmə orqanlarında təmsil olunmalarına yaş həddi nə üçün maneçilik yaratmalıdır? Yaxud cəmiyyət tərəfindən dəstəklənən, siyasi proseslərdə aktiv fəaliyyəti ilə seçilən 24 yaşlı gənc nədən 1 yaş həddinə görə Parlament seçkilərinə qatılmamalıdır? Bu norma artıq aradan qaldırılmalıdır. Çünki seçim xalqındır. Bu səbəbdən də dövlət başçısının təklif etdiyi dəyişikliklər çox müsbət qiymətləndirilir.-‹
Təklif edilən digər dəyişiklik isə prezidentlik səlahiyyətinin 5 ildən 7 ilə keçirilməsi ilə bağlıdır. Komitə sədri isə bu məsələni belə dəyərləndirib: "Azərbaycanda hər 5 ildən bir 3 seçki prosesi ardıcıl keçirilir. Siyasi partiyaların seçkilərə hazırlığı, cəmiyyətin seçkidə iştirakı və seçki prosesi çox ciddi prosedurdur. Seçkidə iştirak etmək istəyində olan normal qurumlar isə hazırlığa bir il öncə başlayırlar. Ona görə də siyasi təşkilatlar 3 il müddətində bütün potensialını seçki proseslərinə yönəldirlər. Ard-arda 3 seçkinin keçirilməsi həm böyük iqtisadi xərc tələb edir, həm də insanların özündə də yorğunluq yaradır. Ölkədə yeniliklər edilərkən əsasən beynəlxalq praktikaya istinad edirik. Dünyanın bir çox ölkələrində prezidentlik institutu 7 il müddətinədir. Yəni, prezidentlik səlahiyyətinin müddəti 4-7 il arasında dəyişən ölkələr var. Ona görə də dövlət başçısının təklif etdiyi dəyişiklik tam demokratik bir addımdır. Burada hər hansısa bir neqativlik yoxdur.
Azərbaycan üçün yeni olan vitse-prezidentlər institutunun yaradılması təkliflərinə gəlincə isəSiyavuş Novruzovdiqqətə çatdırdı ki, dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Belə ki, seçkilərdə iştirak edən prezident kiminlə işləmək istədiyini özü müəyyən edir, təyin edir və onunla bərabər prezidentlik dövründə çalışırlar. Ölkəmizdə də mütəmadi olaraq dövlət aparatı, idarəetmə sistemi təkmilləşir, ayrı-ayrı agentliklər, dövlət strukturları, komissiyalar yaradılır. Bu qurumlara nəzarət mexanizminin yüksək səviyyədə həyata keçirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndirilməsi üçün yeni vitse-prezidentlik institutu formalaşması müsbət addımdır. Yəni, vitse-prezidentlər dövlətçiliyin bir sıra vacib sahələrinə konkret cavabdeh olacaqlar. Bu isə həmin sahələrdə qarşıya çıxan məsələlərin daha yüksək səviyyədə həll edilməsinə imkan verəcək.
Siyavuş Novruzovhesab edir ki, dövlət başçısının təklif etdiyi dəyişikliklər ümumilikdə, ölkənin, vətəndaşların mənafeyinə xidmət edən dəyişikliklərdir və referendum aktı həm ölkə ictimaiyyəti, həm də dünya birliyi tərəfindən dəstəklənəcək. Çünki cəmiyyətdən gələn ilk reaksiyalar da vətəndaşların təklif edilən dəyişiklikləri dəstəklədiyini göstərir.