Azərbaycan və Ermənistandan olan bəzi - təbii ki, hamısı yox - jurnalistlərin mövqelərini anlaya bilmirəm. Siz münaqişəni həll etmək istəyirsiniz, yoxsa öz zövqünüzə uyğun xəbərlər uyduraraq münaqişəni daha da ağırlaşdırmaq fikriniz var? Çox təhlükəli işdir.
Unikal.org bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Facebook səhifəsində belə yazıb.
M.Zaxarovanın paylaşdığı statusu olduğu kimi təqdim edirik: "Əvvəlcə bəzi jurnalistlər brifinqdə Azərbaycan, Ermənistan və Türkiyədəki situasiya ilə bağlı sual verdilər: bu, suala yox, siyasi manifestə bənzəyirdi. Monoloqu yarımçıq kəsməli olduq. Sonra digər jurnalistlər cavabdan guya Moskvanın "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə Ankaranı da cəlb etməık istəyi"ndən sensasiyanı formalaşdırmağa başladılar.
Ayıb deyilmi? Özü də indiki vəziyyətdə, irəliləyişin əldə edilməsinə gerçək şans olanda. Axı niyə belə edirsiniz? Doğrudanmı münaqişənin bu qədər ili və itkiləri məsuliyyətli yanaşma üçün arqument deyil? "Gərəkli sözlərdə öz faydam üçün" pazlın yığılmasından ibarət informasiya vakxanaliyası nə qədər davam edəcək?
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı situasiyanı destabilləşdirmək və ya dezinformasiyalar yaymaq istəyənlər üçün bir daha təkrarlayıram. Bu proseslə bağlı işlək, fəaliyyətdə olan beynəlxalq mexanizmlər, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti var. Eyni zamanda, kimsə ikitərəfli təmasları ləğv etməyib və həmin təmaslar çərçivəsində istənilən ölkə daxili və ya xarici siyasətinin aspektlərini müzakirə edə bilər.
Məsələ münaqişə prosesinin bir hissəsi olmayan, amma prosesə dəstək vermək istəyən ölkələrin nə qədər konstruktiv rol oynaya biləcəyi ilə bağlıdır.
Çox xahiş edirəm - təxribatlara, o cümlədən informasiya təxribatlarına uymayın".