Tanınmış ekstrasens, "Ekstrasenslərin döyüşü şousu mövsümünün 6-cı finalçısı Zirəddin Rzayev "Vkontakte, "Facebook və "Odnoklassniki sosial şəbəkələrinin cəzalandırılması tələbi ilə iddia qaldırıb.
Unikal.org modern.az-a istinadən bildirir ki, şəfavericinin sözlərinə görə, internet-platformalarda çoxsaylı fırıldaqçılar dolaşır, onun adından Facebook akkauntları işə salır və "ekstrasens xidmətinə görə onlara inanan adamlardan pul yığırlar.
"Fırıdaqçılar sosial şəbəkələrdə mənim adımdan səhifə yaradır, abunəçiləri dolayırlar və insanlara kömək təklif edirlər. Onlara inanan insanlar pullarını səpələyirlər. Sonra incik qalan adamlar mənə zəng edib deyirlər ki, pul ödəyiblər, həyatları isə həmişəki kimi pisdir, heç nə kömək etmir. Mən onlara izah edirəm ki, sosial şəbəkələrdə yoxam və heç kimə orada xidmətimi heç vaxt təklif etməmişəm, - Rzayev vurğulayıb
Son zamanlar situasiya gərginləşib.
Ekstrasensin telefonuna hər gün aldadılmış adamlardan onlarla zəng gəlir.
Təkcə son bir ayda fırıldaqçılar Zirəddinin adından istifadə edərək 100 min rubldan çox pul qazanıblar.