Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.
Unikal.org-un xəbərinə görə, sərəncam əsasən, səksən yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon (səkkiz milyon beş yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi və "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətibu məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir.
Prezident İlham Əliyyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi və "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.