Xüsusən də yay aylarında daha çox geyinilən "vyetnamka"lar ayaq və ayaq barmaqları üçün zərərlidir. Bunu deyən türkiyəli ortoped və travmatoloq Əhməd Özyazqan ayaq sağlamlığı üçün bu cür ayaqqabılardan uzaq durmağı məsləhət görür.
Unikal.org lent.az-a istinadən mütəxəssisin fikirlərini təqdim edir.
Həkim "vyetnamka"ların ilk növbədə ayaq, bilək və qıçlarda ağrıya səbəb olduğunu açıqlayıb. Yay mövsümündə həm qadınlar, həm də bəylər tərəfindən çox geyinilən bu tərz ayaqqabıların ayaq kəmərini dəstəkləyən hissəsi olmadığı üçün sağlamlıq baxımından zərərlidir: ""Vyetnamka"lar çox zərərli olmaqla yanaşı, uzun müddət yeridikdə ayaqları zədələyir. Ayaq, bilək və qıçlarda ağrılara səbəb olur, ayaqdan ombaya qədər ağrı və narahatlıq yaradır. Barmaq arası başmaqları geyinən zaman ayaq zərbə alarsa, bu, birbaşa ayağa təsir edir və sümüklərdə ciddi problemlər ortaya çıxarır".
"Vyetnamka" və sandalların düzdabanlı olması və ayaq kəmərini dəstəkləyən hissəsinin olmaması ayağın dəstəksiz qalmasına, nəticədə yeriyərkən ayaqların daha çox ağrımasına səbəb olur. Ayaq kəmərini dəstəkləyən hissənin yoxluğu, eyni zamanda biləkdə də müxtəlif şikayətlərin yaranmasına gətirib çıxarır: ""Vyetnamka" davamlı geyinildikdə ayaqdakı təzyiq artır və davamlı stressə məruz qalan ayaqdakı sümüklərdə çatlar meydana gəlir. Bu ayaqqabıların zərərlərindən biri də barmağın arasına keçən hissənin möhkəm və ya böyük olmasına, baş və işarə ayaq barmaqları arasında şiddətli ağrı, yara və bakteriyaların inkişafına səbəb olmasıdır. Yerimə çətinliyi da yaşadan "vyetnamka"ları çimərlikdə geyindikdə duş alan zaman bakteriyalara yoluxa bilərsiniz. Aparılan araşdırmalar "vyetnamka"ların 18 mindən çox bakteriya yaratdığını sübut edib".
Əhməd Özyazqanın sözlərinə görə, "vyetnamka"lar dikdaban ayaqqabılardan belə, təhlükəli olur: "Rahatlığı ön planda saxlayıb dikdaban ayaqqabılardan imtina etmiş ola bilərsiniz. Ancaq "vyetnamka" və sandal dikdaban ayaqqabıdan daha zərərlidir. Dabanları çox düz və alçaq olan, yolda asanlıqla burxula bilən və ya ayağınızdan çıxan bu başmaqlar sizi diqqətli yeriməyə məcbur edir, bu da daha kiçik addımlar atmanıza və yavaşlamanıza səbəb olur".
Yay aylarında isti havalı günlərdə ayaqların tərliykən sürüşməsi, dönərək burxulması yıxılmağa səbəb olur. Topuğu kifayət qədər dəstəkləməyən, incə, düz və alçaq formalı "vyetnamka"lar topuqlarınıza zərər verir və ağrı fiksasiyaya səbəb olur: "Başmağın barmaq arasına girən ipi sürtünmə səbəbindən barmaqlarda qıcıq, yara, su toplanmasına səbəb ola bilər. Başmaqları ayağınızda saxlamaq üçün daha çox güc sərf edən və qıvrılan barmaqlarda qalıcı zərər meydana gələ bilər və bu, cərrahi əməliyyata qədər aparıb çıxarar. Bu kimi pis halların qarşısını almaq üçün ayağınızı daha möhkəm "qucaqlayan", bərk əsaslı, qoruyucu sandal seçin. Həddindən artıq düz ayaqqabı və başmaqlar uzun müddətli istifadə zamanı duruşunuzu pozar, ayağınızda problemlərə yol açdığı kimi, yerimə, oturma, durma kimi başqa çətinliklərə da səbəb olar. Ayaqqabıların yeriyərkən diz, omba və kürəyi dəstəkləməsi vacibdir. "Vyetnamka"larda bu xüsusiyyətlərin heç biri yoxdur. Bu da bədəndə yorğunluğa və ağrılara gətirib çıxarır. Xüsusilə, kürəyinizdə ağrı ola və iltihaba yol aça bilər. Plastik "vyetnamka"larda bir çox kanserogen, toksik maddələrin olma ehtimalı var. Ona görə də parça və dəridən hazırlanmış sandal seçin. Təbii maddələr hər zaman daha etibarlıdır".