Rəsmi Tehranla Moskva Rusiyaya 40 ton ağır suyun satılması ilə bağlı razılaşmanın imzalanmasına hazırdır.
Unikal.org-un İRNA agentliyinə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib:
"Bununla bağlı son addımlar uzlaşdırılır və razılaşma tezliklə imzalanacaq.
Xatırladaq ki, Qərb ölkələri ilə razılaşdırılmış nüvə məsələləri üzrə birgə fəaliyyət planına görə, İranın 130 tondan artıq ağır su ehtiyatı ola bilməz.
Nail Cəlil